
Xiaomi Pad 7 planşet seriyasında istifadə ediləcək prosessorlar məlum olub
Cihazlar+
11.10.2024
Emil
Xiaomi şirkəti hal-hazırda Xiaomi Pad 7 planşet sersiyasının təqdimatına hazırlaşır. İnsayderlər isə bu planşet seriyası barəsində bəzi təfərrüatları bölüşüblər. Beləliklə insayderlər bildiriblər ki, bu yeni planşet seriyasına iki model daxil olacaq. Çox güman ki, söhbət, Xiaomi Pad 7 və Pad 7 Pro modellərindən gedir.
Məlumatda qeyd edilib ki, hər iki model 144 Hz-lik təsvir yenilənməsinə sahib 11.16 düym ölçülü LCD ekranla təchiz olunacaq. Adi Xiaomi Pad 7 modeli Snapdragon 7+ Gen 3 prosessoru vasitəsilə çalışacaq və 45 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Xiaomi Pad 7 Pro modelinə gəldikdə isə o, Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışacaq və 67 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Xiaomi Pad 7 planşetləri artıq bu ayın sonunda Xiaomi 15 smartfonları ilə birlikdə təqdim oluna bilərlər.
Paylaş
Ən çox oxunanlar

Samsung Odyssey OLED G6 G60SF gaming monitoru təqdim edilib - QİYMƏTİ
