
Xiaomi POCO X5 GT adlı smartfonun təqdimatına hazırlaşır
Bu ayın əvvəlində Xiaomi-nin POCO brendi qlobal bazar üçün nəzərdə tutulmuş POCO X5 və POCO X5 Pro smartfonlarını təqdim etmişdi. İndi isə şirkət bu seriyaya daxil olacaq yeni smartfonun təqdimatına hazırlaşır. Söhbət, POCO X5 GT smartfonundan gedir. Smartfon artıq bir sıra sertifikasiya agentliklərində sertifikatlaşdırmadan keçib. Burdan da belə qənaətə gəlmək olar ki, POCO X5 GT-nin təqdimatı yaxın zamanda baş tutmalıdır.
Təəssüflər olsun ki, smartfonun sertifikatlaşdırma prosesi nəticəsində onun texniki özəllikləri barəsində məlumatlar ortaya çıxmayb. Lakin insayderlər tərəfindən verilmiş məlumatlara inansaq, POCO X5 GT smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.67 düym OLED ekran, Snapdragon 7 Gen 2 prosessoru, 12 GB-a kimi RAM, 512 GB-a kimi daxili yaddaş həcmi, 50 MP + 8 MP + 2 MP üçlü arxa kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Paylaş
Bənzər xəbərlər