main-post-cover

    Xiaomi Smart Band 8 Pro smart qolbağının qlobal versiyası təqdimata hazırlaşır

    Cihazlar+
    05.02.2024
    Emil Nəcəfov
         Keçən il Xiaomi şirkəti Çin bazarında Xiaomi Smart Band 8 Pro smart qolbağını təqdim etmişdi. İndi isə şirkət onun qlobal versiyasını təqdim etməyə hazırlaşır. İnsayderlər Xiaomi Smart Band 8 Pro-nun qlobal versiyasının fotolarını və texniki göstəricilərini təqdim ediblər. Beləliklə məlumata əsasən smart qolbağın qlobal versiyası 60 Hz-lik təsvir yenilənməsinə sahib 480x336 piksel keyfiyyətli 1.74 düym AMOLED ekranla təchiz olunacaq.
         Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edəcək və üstəlik o, Always-on-Display funksiyasını dəstəkləyəcək. Xiaomi Smart Band 8 Pro-nun qlobal versiyası ürək döyüntülərinin tezliklərini, qandakı oksigen miqdarını ölçə və istifadəçinin yuxu ilə stress səviyyəsini monitorinq edə biləcək. Qlobal versiya özündə Bluetooth 5.3, GPS texnologiyalarını və 289 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Smart qolbağın qlobal versiyasında səsli köməkçi qismində Amazon Alexa istifadə ediləcək. Satış qiymətinə gəldikdə isə isə qlobal versiya 89 avroya satılmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi HyperOS-in qlobal beta testinə start verib
    xiaomi-hyperos-in-qlobal-beta-testine-start-verib
    Təqdimata hazırlaşan POCO X6 Neo smartfonunun texniki göstəriciləri məlum olub
    teqdimata-hazirlasan-poco-x6-neo-smartfonunun-texniki-gostericileri-melum-olub
    Xiaomi 12 Lite qlobal bazarda HyperOS-i əldə etməyə başlayıb
    xiaomi-12-lite-qlobal-bazarda-hyperos-i-elde-etmeye-baslayib
    Xiaomi öz elektromobilinin kütləvi istehsalına start verməyə hazırlaşır
    xiaomi-oz-elektromobilinin-kutlevi-istehsalina-start-vermeye-hazirlasir
    Xiaomi 14 Ultra-nın satış qiymətində artım olacaq
    xiaomi-14-ultra-nin-satis-qiymetinde-artim-olacaq