
Xiaomi Smart Band 9 Active qolbağının render fotoları ortaya çıxıb
Cihazlar+
17.10.2024
Emil
Xiaomi iyul ayında Smart Band 9 qolbağını təqdim etmişdi. İndi isə şirkət onun yeni versiyasını təqdim etməyə hazırlaşır. Söhbət, Smart Band 9 Active adlı qolbaqdan gedir. İnsayderlər təqdimata hazırlaşan bu yeni smart qolbağın render fotolarını təqdim ediblər. Render fotolardan da görmək olar ki, adi Smart Band 9 ilə müqayisədə Smart Band 9 Active modeli düzbucaq formasında gövdəni əldə edəcək. Cihaz ümumilikdə keçən ilki Smart Band 8 Active modelinə bənzəyəcək. İnsayderlər bildiriblər ki, Smart Band 9 Active qolbağı 1.47 düym ölçülü ekranı əldə edəcək və bir dəfə şarj olunandan sonra 18 gün ərzində çalışa biləcək. Məlumatda qeyd edilib ki, Smart Band 9 Active artıq gələn ay qlobal bazarda təqdim olunmalıdır.


Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
