Logo
    main-post-cover

    Xiaomi Smart Band 9 Pro-nun qlobal versiyası təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    21.11.2024
    Emil
         Xiaomi keçən ayın sonunda Çində Xiaomi Smart Band 9 Pro qolbağını təqdim etmişdi. İndi isə şirkət onu qlobal bazarda təqdim edib. Smart qolbağın qlobal versiyası xarici görünüşcə və texniki imkanlar baxımından Çində satılan versiyadan heç də fərqlənmir. Qeyd etmək lazımdır ki, Xiaomi Smart Band 9 Pro qolbağı 60 Hz-lik təsvir yenilənməsinə sahib 1.74 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2000 nit təşkil edir və Always-on-Display rejimini dəstəkləyir. Smart qolbağın gövdəsi 5ATM standartı üzrə sudan qorunur.
     
         Xiaomi Smart Band 9 Pro ürək döyüntüləri ritmini 98%-lik dəqiqliklə ölçə bilir. Üstəlik smart qolbaq qandakı oksigen miqdarını ölçə və yuxu keyfiyyəti ilə stress səviyyəsini monitorinq edə bilir. Smart qolbaq 150-dən çox idman rejimini dəstəkləyir. Xiaomi Smart Band 9 Pro 350 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Şirkətin sözlərinə əsasən bir dəfə şarj olunandan sonra bu smart qolbaq 21 gün ərzində çalışa bilir. Xiaomi Smart Band 9 Pro artıq Avropanın bəzi ölkələrində satışa çıxıb. Satıldığı ölkələrdən asılı olaraq onun qiyməti 70-80 avro təşkil edir.
    Paylaş