
Xiaomi Smart Band 9 Pro-nun render fotoları ortaya çıxıb
Cihazlar+
14.10.2024
Emil
Xiaomi bir neçə ay bundan öncə Smart Band 9 adlı smart qolbağını təqdim etmişdi. İndi isə şirkət onun Pro modelini təqdim etməyə hazırlaşır. İndi isə məlum olub ki, Smart Band 9 Pro-nun render fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolardan da görmək olar ki, Smart Band 9 Pro modeli keçən ilki Smart Band 8 Pro-dan o qədər də fərqlənmir. Smart Band 9 Pro-da olacaq əsas dizayn dəyişikliyi ondan ibarət olacaq ki, yeni smart qolbağın ekranı yastı dizayn əvəzinə hər tərəfdən bir qədər əyilmiş dizayna sahib olacaq. Smart Band 9 Pro-nun texniki imkanları barəsində hələ heç bir məlumat olmasa da, çox güman ki, bu mövzuda o, Smart Band 8 Pro ilə eyni olacaq. Yəni bu halda Smart Band 9 Pro AMOLED ekranı əldə etməli, ürək döyüntüləri ritmi ilə qandakı oksigen miqdarını ölçməli və 150-dən çox idman rejimini dəstəkləməlidir.


Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
