
Xiaomi Smart Band 9 Pro qolbağı təqdim edilib - QİYMƏTİ
Cihazlar+
29.10.2024
Emil
Xiaomi şirkətinin təqdim etmiş olduğu yeni məhsullardan biri də Xiaomi Smart Band 9 Pro qolbağı oldu. Adi Xiaomi Smart Band 9 ilə müqayisədə Smart Band 9 Pro daha çox smart saata bənzəyir. Beləliklə Xiaomi Smart Band 9 Pro qolbağı 60 Hz-lik təsvir yenilənməsinə sahib 1.74 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2000 nit təşkil edir və Always-on-Display rejimini dəstəkləyir. Ekran ətrafı çərçivələrin 2.2 mm qalınlıqda olmaları hesabına ekranın özü ön hissənin 77%-ni əhatə edir.

Onu da qeyd etmək lazımdır ki, smart qolbağın gövdəsi 5ATM standartı üzrə sudan qorunur. Xiaomi Smart Band 9 Pro ürək döyüntüləri ritmini 98%-lik dəqiqliklə ölçə bilir. Üstəlik smart qolbaq qandakı oksigen miqdarını ölçə və yuxu keyfiyyəti ilə stress səviyyəsini monitorinq edə bilir. Smart qolbaq 150-dən çox idman rejimini dəstəkləyir. Xiaomi Smart Band 9 Pro 350 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Şirkətin sözlərinə əsasən bir dəfə şarj olunandan sonra bu smart qolbaq 21 gün ərzində çalışa bilir. Cihaz həmçinin NFC və Bluetooth 5.4 dəstəyinə sahibdir. Smart qolbaq HyperOS 2.0 vasitəsilə çalışır. Onun Çində qiyməti isə 56$ təşkil edir.

Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
