
Xiaomi Smart Band 9 smart qolbağının təqdimatı anons edilib
Cihazlar+
16.07.2024
Emil
Xiaomi şirkəti qatlana bilən MIX Fold 4 ilə yanaşı Smart Band 9 smart qolbağının da təqdimatını anons edib. Şirkətin bu yeni smart qolbağı MIX Fold 4 ilə eyni gündə təqdim olunacaq. Yəni 19 iyul tarixində. Bununla yanaşı şirkət təqdimatı gözləmədən Smart Band 9-un xarici görünüşünü sərgiləyib. Təqdim edilmiş fotodan da görmək olar ki, yeni smart qolbaq xarici görünüşcə keçən ilki Smart Band 8-dən heç də fərqlənməyəcək. Gözləntilərə əsasən Smart Band 9 smart qolbağı Always-on-Display funksiyasına sahib AMOLED ekranı əldə edəcək və bir dəfə şarj olunandan sonra 16 günə kimi çalışa biləcək. Smart Band 9-un iki versiyada təqdim olunacağı güman edilir. Birinci versiyada NFC çipinin dəstəyi olmalıdır. İkinci versiyada isə NFC çipinin dəstəyi olmayacaq.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
