main-post-cover

    Xiaomi Smart Band 9-un qlobal versiyası təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    27.09.2024
    Emil Nəcəfov
         Xiaomi şirkəti qatlana bilən qapaqlı Xiaomi MIX Flip ilə yanaşı daha bir məhsulunun qlobal versiyasını təqdim edib. Söhbət, Xiaomi Smart Band 9-dan gedir. Bu smart qolbağın qlobal versiyası texniki imkanlar baxımından Çində satılan versiyadan heç də fərqlənmir. Smart Band 9 qolbağı 60 Hz-lik təsvir yenilənməsinə sahib 1.62 düym ölçülü OLED ekranla təchiz olunub. Smart qolbağın gövdəsi 5ATM standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Smart qolbaq özündə 233 mAh enerji tutumlu batareyanı birləşdirir və üstəlik 150-dən çox idman rejimini dəstəkləyir. Xiaomi Smart 9 ürək döyüntüləri tezliklərini, qandakı oksigen miqdarını ölçə, stress səviyyəsini və qadınlarda menstrul dövrü monitorinq edə bilir. Smart qolbağın qlobal versiyası artıq satışa çıxıb və onun qiyməti 40 avro təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi MIX Flip-in qlobal versiyası təqdim edilib - QİYMƏTİ
    xiaomi-mix-flip-in-qlobal-versiyasi-teqdim-edilib-qiymeti
    Xiaomi 14T və 14T Pro smartfonları təqdim edilib - QİYMƏTİ
    xiaomi-14t-ve-14t-pro-smartfonlari-teqdim-edilib-qiymeti
    Redmi Buds 6 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    redmi-buds-6-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti
    Redmi Note 14, Note 14 Pro və Note 14 Pro+ smartfonları təqdim edilib - QİYMƏTİ
    redmi-note-14-note-14-pro-ve-note-14-pro-smartfonlari-teqdim-edilib-qiymeti
    Büdcəli Redmi Watch 5 Lite smart saatı təqdim edilib - QİYMƏTİ
    budceli-redmi-watch-5-lite-smart-saati-teqdim-edilib-qiymeti