Xiaomi Smart Band 9-un qlobal versiyasının çıxış tarixi ilə satış qiyməti məlum olub
Cihazlar+
13.08.2024
Emil Nəcəfov
Xiaomi keçən ay Çində Smart Band 9 qolbağını təqdim etdi. İndi isə şirkət onu qlobal bazarda satışa çıxartmağa hazırlaşır. Xiaomi-nin saytı sayəsində bunun nə zaman baş verəcəyi məlum olub. Belə ki, şirkətin saytındakı posterə əsasən Smart Band 9 qolbağı qlobal bazarda 16 avqust tarixində satışa çıxacaq. Bununla yanaşı posterdə qeyd edilib ki, smart qolbağın qlobal versiyası 39 avroya satılacaq. Smart qolbağın qlobal versiyası texniki gpöstəricilər baxımından Çində satılan versiyadan çox güman ki. fərqlənməyəcək. Qeyd etmək lazımdır ki, Smart Band 9 qolbağı 60 Hz-lik təsvir yenilənməsinə sahib 1.62 düym ölçülü OLED ekranla təchiz olunub və ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit təşkil edir. O, istifadəçi səhhətinin müəyyən göstəricilərini ölçmək imkanına sahibdir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Redmi brendi flaqman imkanlara sahib kompakt ölçülü yeni planşet hazırlayır
Redmi brendi flaqman imkanlara sahib kompakt ölçülü yeni planşet hazırlayır
Dünən Digital Chat Station ləqəbli məşhur insayder xəbər verdi ki, Xiaomi-nin hazırladığı Xiaomi Pad 7 planşetləri artıq bu ay ərzində təqdim oluna bilərlər. Lakin məlum olub ki, öz yeni planşetini həmçinin Xiaomi-nin Redmi brendi də hazırlayır.
HyperOS 2.0 köhnə cihazlarda daha axıcı çalışacaq
HyperOS 2.0 köhnə cihazlarda daha axıcı çalışacaq
Xiaomi şirkəti hal-hazırda HyperOS 2.0 üzərində çalışır və onun yaxın aylar ərzində istifadəyə veriləcəyi gözlənilir.
Xiaomi Pad 7 planşetləri təqdimata hazırdırlar
Xiaomi Pad 7 planşetləri təqdimata hazırdırlar
Biz dəfələrlə məlumat vermişik ki, Xiaomi şirkəti Xiaomi Pad 7 planşet seriyası üzərində çalışır. İndi isə məlum olub ki, bu planşet seriyasının təqdimatı artıq çox yaxındır.
Redmi brendi artıq Redmi Turbo 4 üzərində çalışmağa başlayıb
Redmi brendi artıq Redmi Turbo 4 üzərində çalışmağa başlayıb
Xiaomi-nin Redmi brendi aprel ayının ortasında Redmi Turbo 3 smartfonunu təqdim etmişdi. İndi isə brend onun davamçısı olacaq Redmi Turbo 4 üzərində artıq çalışmağa başlayıb.
POCO brendi artıq POCO F7 üzərində çalışır
POCO brendi artıq POCO F7 üzərində çalışır
Xiaomi-nin POCO brendi may ayında POCO F6 və POCO F6 Pro smartfonlarını təqdim etmişdi. Ortaya çıxmış yeni məlumata əsasən isə şirkət POCO F6-nın artıq davamçısı üzərində çalışır. Söhbət, POCO F7-dən gedir.
Həftənin xəbərləri
Juno kosmik aparatı Yupiterin yeni fotolarını göndərib
WhatsApp-da çat siyahılarının yaradılması funksiyası istifadəyə verilib