
Xiaomi süni zəkaya sahib smart eynəyini satışa çıxartmağa hazırlaşır
Cihazlar+
14.11.2024
Emil
Verilmiş məlumata əsasən Xiaomi şirkəti smart eynəyini satışa çıxartmağa hazırlaşır. Məlumatda qeyd edilib ki, smart eynək Xiaomi-nin Goertek adlı şirkət ilə əməkdaşlığı çərçivəsində hazırlanıb və o, gələn ilin aprel ayında satışa çıxacaq. Xiaomi-nin CEO-su Lei Jun şirkət qarşısına iddialı tapşırıq qoyub. Belə ki, şirkət 300 000 ədəd smart eynək satmalıdır. Məlumata əsasən inteqrasiya edilmiş süni zəka və müasir aparat təminatı hesabına smart eynək Meta ilə Ray-Ban-ın əməkdaşlığı çərçivəsində satılan smart eynəklə rəqabət apara biləcək. Bundan əlavə olaraq qeyd edilib ki, Xiaomi-nin smart eynəyi özündə audio komponentləri və kameraları birləşdirəcək. Gözləntilərə əsasən smart eynək Xiaomi-nin əsas brendi altında satışa çıxacaq.

Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
