
Xiaomi TV S85 smart televizoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
03.04.2024
Emil
Xiaomi şirkəti Çində mini-LED ekrana sahib yeni smart televizorunu təqdim edib. Şirkətin yeni smart televizoru Xiaomi TV S85 adlanır. Bu yeni televizor 144 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 85 düym mini-LED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi isə 1400 nit təşkil edir və o, DCI-P3 rəng diapazonunun 95%-ni əhatə edir. Smart televizor həmçinin özündə stereo səsgücləndiriciləri, Wi-Fi 6 dəstəyini və HDMI 2.1 girişini birləşdirir. Xiaomi TV S85 televizoru A73 adlı 8 nüvəli prosessor vasitəsilə çalışır və 4 GB RAM ilə 64 GB daxili yaddaş həcmini əldə edib. Smart televizorun əməliyyat sistemi qismində isə HyperOS çıxış edir. Xiaomi TV S85-i artıq Çində 1105$-a ön sifariş etmək olar. Smart televizorun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Təqdimata hazırlaşan Redmi Turbo 3 smartfonu Geekbench testlərindən keçib
Dünən Redmi brendi Redmi Turbo 3 smartfonunun təqdimatını anons etdi. Smartfon bu ay ərzində təqdim olunacaq.

Nəqliyyat
Xiaomi SU7-nin istehsal prosesində insanlar demək olar iştirak etmirlər (VİDEO)
Xiaomi şirkəti öz ilk elektromobili olan SU7-nin Pekindəki yeni istehsalat zavodunda yığılması prosesini əks etdirən videonu təqdim edib.

Cihazlar+
Məşhur insayder Redmi K80 smartfon seriyası barəsində yeni məlumatlar verib
Xiaomi-nin Redmi brendi bu il ərzində Redmi K80 smartfon seriyasını təqdim edəcək.

Cihazlar+
Qatlana bilən qapaqlı Xiaomi Mic Flip-in texniki imkanları ilə bağlı yeni məlumatlar ortaya çıxıb
Biz artıq dəfələrlə məlumat vermişik ki, Xiaomi şirkəti bu il ərzində ilk qatlana bilən qapaqlı smartfonunu təqdim etməlidir.

Proqram Təminatı
Yaxın aylar ərzində HyperOS-i əldə edəcək POCO smartfonlarının siyahısı təqdim edilib
Dünən Xiaomi şirkəti yaxın aylar ərzində qlobal bazarda HyperOS-i əldə edəcək smartfonlarının siyahısını təqdim etdi.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
