
Xiaomi Ultra Slim Power Bank 5000mAh adlı yeni nazik power bank təqdim edilib
Cihazlar+
16.11.2024
Emil
Xiaomi şirkəti qlobal bazarda Xiaomi Ultra Slim Power Bank 5000mAh adlı yeni portativ power bank-ı təqdim edib. Şirkətin bu yeni power bank-ı litium-ion batareyanı özündə birləşdirir və onun həcmi 5000 mAh təşkil edir. Power bank-ın çıxış gücü isə 20 vatt təşkil edir. Power bank-ı USB-C girişi vasitəsilə şarj etmək olar və onun tam enerji yığma prosesi 105 dəqiqədir. Power bank-ın uzunluğu 113 mm, eni 53 mm, gövdə qalınlığı 10 mm, çəkisi isə 93 qramm təşkil edir. Xiaomi Ultra Slim Power Bank 5000mAh kompakt ölçüyə və nazik gövdəyə sahib olduğu üçün onu rahatlıqla hər yerə aparmaq olar. Bununla yanaşı power bank qısa qapanma və yanma kimi problemlərə qarşı 9 qorunma səviyyəsinə sahibdir. Xiaomi bu yeni power bank-ın nə zaman və hansı qiymətə satışa çıxacağını açıqlamayıb.

Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
