
Xiaomi yeni performanslı planşet üzərində çalışır
Cihazlar+
27.02.2025
Emil
Xiaomi şirkəti yaxın zamanda yeni planşetini təqdim edə bilər. Belə ki,, şirklətin yeni planşeti 25032RP42C model nömrəsi isə Çinin 3C adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında qeyd edilib ki, Xiaomi tərəfindən hazırlanan yeni planşet 120 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq.
Bu öz növbəsində şirkətin keçən ilin oktyabr ayında təqdim etmiş olduğu Xiaomi Pad 7 Pro-dan daha üstün ola biləcək yeni planşetini təqdim etməyə hazırlaşdığına işarə edir. Hazırlanan yeni planşetin digər texniki imkanları barəsində hələ heç bir məlumat yoxdur. Lakin onun artıq sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxması planşetin yaxın müddətdə təqdim olunacağı deməkdir. Böyük ehtimal ilə yeni planşet flaqman prosessor vasitəsilə çalışacaq və özündə böyük həcmli batareyanı birləşdirəcək.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
