Logo
    main-post-cover

    Yaxın zamanda hər ikinci smartfon süni zəka funksiyalarına sahib olacaq

    Cihazlar+
    31.05.2024
    Emil
         Canalys adlı tədqiqat şirkətinin yeni hesabatına əsasən smartfon istifadəçiləri arasında süni zəka funksiyaları sürətlə məşhurlaşır. Hesabatda qeyd edilib ki, artıq bu ilin sonuna kimi cihazların 16%-i istifadəçilərə süni zəka funksiyalarını bu və ya digər şəkildə təklif edəcək. Növbəti illərdə isə süni zəka funksiyalarına sahib smartfonların sayı artmağa davam edəcək. Canalys şirkətinin analitiklərinin proqnozlarına əsasən 2023-cü ildən 2028-ci ilə kimi smartfonlarda süni zəkanın payı hər il 63% yüksələcək.
         Nəticədə 2028-ci ilə kimi smartfonların 54%-i müxtəlif süni zəka funksiyalarını dəstəkləyəcək. Hesabatda qeyd edilib ki, bu, ilk növbədə yalnız flaqman smartfonlar ilə baş verəcək. Lakin daha aşağı satış qiymətinə sahib smartfonların performanslarının artımı və neyron şəbəkələrinin təkmilləşdirilməsi ilə süni zəka funksiyalarını daha çox istifadəçi əldə etməyə başlayacaq. Canalys şirkətinin mütəxəssisləri əmindirlər ki, süni zəka inteqrasiyası smartfonlar tarixində yeni dövrə qədəm qoyur. Onların gözləntilərinə əsasən artıq növbəti 3-5 ildə bu tendensiya istifadəçi təcrübəsini daha da yaxşılaşdıracaq.
    Paylaş