main-post-cover

    Yaxın zamanda Nothing Phone (2a) Plus smartfonu təqdim oluna bilər

    Cihazlar+
    17.07.2024
    Emil Nəcəfov
         Bir neçə müddət bundan öncə Nothing şirkətinin CMF adlı subbrendi öz ilk smartfonu olan CMF Phone 1-i təqdim etdi. Görünür, Nothing şirkəti də növbəti təqdimatına hazırlaşır və bu, yeni smartfonun təqdimatı ola bilər. Lakin söhbət, Nothing Phone (3)-dən getmir. Belə ki, şirktəin CEO-su Carl Pei hələ bir neçə müddət bundan öncə təsdiqləmişdi ki, bu il ərzində Nothing Phone (3) təqdim edilməyəcək.
        Onun əvəzinə şirkət Nothing Phone (2a) Plus smartfonunu təqdim edə bilər. Qeyd etmək lazımdır ki, adi Nothing Phone (2a) smartfonu bu ilin mart ayının əvvəlində təqdim edilmişdi. Bununla yanaşı şirkət X-dəki (keçmiş Twitter) hesabında “+” simvollu paylaşım edib. İnsayderlərin sözlərinə əsasən bu məhz Nothing Phone (2a) Plus-a işarədir. Bunun olacağı təqdirdə Nothing Phone (2a) Plus modelinin adi Nothing Phone (2a)-dan nə ilə fərqlənəcəyi barəsində bir məlumat hələ yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    CMF Buds Pro 2 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    cmf-buds-pro-2-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti
    CMF Watch Pro 2 smart saatı təqdim edilib - QİYMƏTİ
    cmf-watch-pro-2-smart-saati-teqdim-edilib-qiymeti
    CMF Phone 1 smartfonu təqdim edilib - QİYMƏTİ
    cmf-phone-1-smartfonu-teqdim-edilib-qiymeti
    Təqdimata sayılı günlər qalmış CMF Phone 1 smartfonu Geekbench testlərindən keçib
    teqdimata-sayili-gunler-qalmis-cmf-phone-1-smartfonu-geekbench-testlerinden-kecib
    Təqdimata sayılı günlər qalmış CMF Phone 1-in arxa panel dizaynı səırgilənib və ön panelinin fotosu sızıb
    teqdimata-sayili-gunler-qalmis-cmf-phone-1-in-arxa-panel-dizayni-seirgilenib-ve-on-panelinin-fotosu-sizib