
Yaxın zamanda təqdim olunacaq OnePlus 13R barəsində yeni məlumatlar verilib
Cihazlar+
03.12.2024
Emil
Dünən məlum oldu ki, gələn ilin əvvəlində təqdim olunacaq OnePlus 13R smartfonu Geekbench testlərindən keçib. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder sözügedən smartfon barəsində yeni təfərrüatları bölüşüb. Gözləntilərə əsasən adi OnePlus 13 ilə müqayisədə OnePlus 13R smartfonu qiymət baxımından daha əlçatan olacaq. Lakin bununla belə onun gövdəsinin hazırlanmasında keyfiyyətli materiallardan istifadə ediləcək və üstəlik smartfon özündə flaqman texniki imkanları birləşdirəcək.
Beləliklə insayderin vermiş olduğu məlumata əsasən OnePlus 13R-in arxa paneli keramikadan hazırlanacaq. Smartfonun gövdəsi alüminium materialdan təşkil olunacaq və onun kənar hissələri yastı olacaq. OnePlus 13 ilə müqayisədə daha aşağı satış qiymətinə sahib olacağına baxmayaraq OnePlus 13R özündə bəzi flaqman özəllikləri birləşdirəcək. Belə ki, məlumata əsasən smartfon 6000 mAh və ya ondan daha böyük həcmli batareya ilə təchiz olunmalıdır. Gözləntilərə əsasən smartfon 1.5K keyfiyyətli ekranla təchiz olunacaq və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
