Logo
    main-post-cover

    Yaxın zamanda təqdim olunacaq Samsung Galaxy Z Fold 6-nın ətraflı texniki imkanları ortaya çıxıblar

    Cihazlar+
    14.06.2024
    Emil
         Smartprix saytı Samsung şirkətinin  təqdim olunacaq qatlana bilən Galaxy Z Fold 6 smartfonunun texniki imkanları ilə bağlı ətraflı məlumatları təqdim edib. Beləliklə təqdim olunmuş məlumatlara əsasən Galaxy Z Fold 6 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2160x1856 piksel keyfiyyətli 7.6 düym ölçülü daxili Dynamic AMOLED 2x ekranla və 120 Hz-lik təsvir yenilənməsinə sahib 2376x968 piksel keyfiyyətli 6.2 düym ölçülü xarici Dynamic AMOLED 2x ekranla təchiz olunacaq.
         Smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və 12 GB RAM ilə 512 GB-lıq daxili yaddaş həcmini əldə edəcək. Çox güman ki, smartfonun digər RAM və daxili yaddaş həcmi konfiqurasiyaları da olacaq. Bununla yanaşı məlumatlarda qeyd edilib ki, Galaxy Z Fold 6 smartfonu 50 MP + 12 MP + 10 MP üçlü arxa kameraya və ekranların birində 10 MP-lik, digərində isə 4 MP-lik ön kameraya sahib olacaq. Batareyaya gəldikdə isə smartfon 4400 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Galaxy Z Fold 6-nın gələn ay Galaxy Z Flip 6 ilə birgə təqdim olunacağı gözlənilir.
    Paylaş