
Yeni foto Samsung Galaxy S25 Ultra-nın final dizaynını sərgiləyib
Cihazlar+
26.11.2024
Emil
Samsung şirkətinin Galaxy S25 seriyasının təqdimatı yaxınlaşdıqca bu seriyanın smartfonları barəsində daha çox məlumat ortaya çıxır. Qeyd etmək lazımdır ki, Galaxy S25 seriyasının yanvar ayında təqdim olunacağı gözlənilir. Bu seriyaya Galaxy S25, S25+ və S25 Ultra modelləri daxil olacaqlar. Galaxy S25 Ultra-nın ortaya çıxmış yeni maket fotosu onun final dizaynını sərgiləyib. Fotodan da görmək olar ki, Galaxy S25 Ultra modeli yastı gövdə dizaynını əldə edəcək. Smartfonun həm ekranı, həm kənar hissələri, həm də arxa paneli yastı olacaq. Kamera dizaynında heç bir dəyişiklik olmayacaq. Bu mövzuda yeni smartfon əvvəlki Galaxy S Ultra modellərinə bənzəyəcək. Qeyd etmək lazımdır ki, Galaxy S25 Ultra smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışmalıdır.

Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
