Logo
    main-post-cover

    Yeni iPad Pro bazarın ən yaxşı OLED ekranını əldə edəcək

    Cihazlar+
    30.04.2024
    Farid
         Ross Young adlı məşhur insayder təqdimata hazırlaşan yeni iPad Pro-nun ekranı barəsində məlumatlar verib. İnsayderin sözlərinə əsasən təqdim ediləcək yeni iPad Pro planşeti bazarın ən yaxşı OLED ekranını əldə edəcək. Məlumatda qeyd edilib ki, yeni iPad Pro iki versiyada təqdim olunacaq. Birinci versiya 11 düym ölçülü OLED ekranı, ikinci versiya isə 12.9 düym ölçülü OLED ekranı əldə edəcək. İnsayderin sözlərinə əsasən yeni iPad Pro-nun OLED ekranları LTPO texnologiyası əsasında hazırlanıb və onlar 120 Hz-lik təsvir yenilənməsinə sahibdirlər.
         Qeyd etmək lazımdır ki, Bloomberg saytının məşhur insayderi Mark Gurman dünən xəbər verdi ki, yeni iPad Pro planşeti Apple M3 prosessorundan yan keçərək birbaşa Apple M4 prosessorunu əldə edə bilər. Apple artıq yeni iPad planşetlərinin təqdimatlarını rəsmi şəkildə anons edib. Yeni planşetlər 7 may tarixində təqdim olunacaqlar. Həmin tarixdə yeni iPad Pro ilə yanaşı yeni iPad Air modellərinin və Apple Pencil 3 stilusunun təqdim olunacaqları da gözlənilir.
    Paylaş