main-post-cover

    Yeni nəsil iPhone SE modeli iPhone XR-in dizaynına sahib ola bilər

    Cihazlar+
    30.08.2022
    Farid Pardashunas
     
        Bu ilin mart ayında Apple şirkəti özünün ən büdəli iPhone modeli olan iPhone SE (2022)-ni təqdim etmişdi. Xarici görünüşcə iPhone SE (2022) modeli iPhone 8 dizaynında hazırlanmış iPhone SE (2020)-yə bənzəyir. Lakin görünür, təqdim ediləcək növbəti nəsil iPhone SE smartfonunun xarici görünüşü daha fərqli olacaq. Jon Prosser adlı məşhur insayderin sözlərinə əsasən yeni nəsil iPhone SE-nin xarici görünüşündə iPhone XR-in dizaynı təməl olaraq istifadə ediləcək. Əgər bu, həqiqətə uyğundursa, deməli Apple şirkəti növbəti iPhone SE modelində geniş ekran çərçivələrinə və fiziki Home düyməsinə sahib iPhone 8 formatından imtina edəcək və son illərdə ənənəvi iPhone modellərində reallaşdırılan Face ID sistemli çıxıntılı ekran dizaynına keçid edəcək. Aktual olan iPhone SE (2022) smartfonu 4.7 düym ekran ilə təchiz olunur. Artıq istehsalı dayandırılmış iPhone XR modeli isə 6.1 düym ekran ilə təchiz olunurdu.
        Bundan əlavə olaraq iPhone XR daha böyük həcmli batareyaya sahib idi. Növbəti iPhone SE smartfonu barəsində hələ heç bir digər məlumat yoxdur. Apple adətən iPhone SE seriyasına daxil olan smartfonlara yeni prosessorlar quraşdırır. Məsələn bu il təqdim edilmiş iPhone SE (2022) smartfonu A15 Bionic prosessoruna sahibdir. Qeyd etmək lazımdır ki, iPhone 13 seriyasının modelləri də bu prosessor vasitəsilə çalışırlar. Maraqlısı ondadır ki, son iPhone SE smartfonunun sahib olduğu kamera göstəriciləri iPhone XR-in kamera göstəriciləri ilə eynidir. Belə ki, hər iki smartfon özündə 12 MP-lik əsas arxa kameranı və 7 MP-lik ön kameranı birləşdirir. Onu da qeyd etmək lazımdır ki, iPhone SE 2022 alıcılar arasında aşağı tələbata sahibdir. Çox güman ki, alıcılar artıq köhnəlmiş dizayna sahib smartfonun alınmasında maraqlı deyillər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər