Logo
    main-post-cover

    Yeni OnePlus Pad planşeti təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    26.12.2024
    Emil
         OnePlus şirkəti OnePlus Ace 5 smartfonları ilə yanaşı yeni OnePlus Pad planşetini də təqdim edib. Şirkətin bu yeni planşeti böyük ölçülü ekranı və MediaTek Dimensity prosessorunu əldə edib. Beləliklə yeni OnePlus Pad planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 2.8K keyfiyyətli 11.6 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 700 nit təşkil edir. Planşetin gövdə qalınlığı 6.29 mm, çəkisi isə 533 qramm təşkil edir.
         Planşet MediaTek Dimensity 8350 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda yeni OnePlus Pad 8 MP-lik arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə planşet 67 vatt gücündə sürətli şarj texnologiyalı 9520 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Yeni OnePlus Pad artıq Çində satışa çıxıb. Onun qiyməti 273$-dan start götürür. Planşetin digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş