
Yeni OnePlus Pad planşetinin təqdimatı təsdiqlənib
Cihazlar+
12.12.2024
Emil
OnePlus şirkəti bu ayın sonuna kimi OnePlus Pad planşet seriyasının yeni modelini təqdim edəcəyini rəsmi şəkildə təsdiqləyib. Bu planşet ilə bağlı rəsmi veb səhifə OPPO şirkətinin saytında ortaya çıxıb. Şirkət yeni planşetin təqdimat tarixini hələ açıqlamayıb. Lakin çox güman ki, o, OnePlus Ace 5 smartfon seriyası ilə birlikdə təqdim ediləcək. Beləliklə ortaya çıxmış fotolara əsasən yeni planşetin dizaynı ümumilikdə OnePlus Pad Pro planşetinin dizaynını xatırladır.

Yeni planşetin arxa panelində dairəvi kamera sahəsi yerləşəcək. Şirkətin təsdiq etmiş olduğu məlumata əsasən yeni planşet 4 versiyada satışa çıxacaq. Birinci versiya 8 GB RAM-a və 128 GB daxili yaddaş həcminə, ikinci versiya 8 GB RAM-a və 256 GB daxili yaddaş həcminə, üçüncü versiya 12 GB RAM-a və 256 GB daxili yaddaş həcminə, dördüncü versiya isə 12 GB RAM-a və 512 GB daxili yaddaş həcminə sahib olacaq. Planşetin digər texniki imkanları barəsində bir məlumat yoxdur. Lakin onun MediaTek Dimensity 8350 prosessoru vasitəsilə çalışacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
