
Yenilənmiş Galaxy Tab S6 Lite (2024) planşetinin satış qiymətləri məlum olub
Cihazlar+
04.03.2024
Emil
Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən Samsung şirkəti Galaxy Tab S6 Lite planşetinin yenilənmiş versiyası olacaq Galaxy Tab S6 Lite (2024)-ü satışa çıxartmağa hazırlaşır. İndi isə sözügedən yenilənmiş planşetin Avropa bazarında hansı qiymətə satışa çıxacağı məlum olub. Məlumata əsasən Galaxy Tab S6 Lite (2024) planşeti bazara adi versiya və LTE dəstəkli versiyada satışa çıxacaq. Planşetin Avropa bazarındakı satış qiymətləri isə aşağıdakı kimi olacaq.
- Wi-Fi + 4 GB RAM + 64 GB yaddaş - 430 avro
- Wi-Fi + 4 GB RAM + 128 GB yaddaş - 490 avro
- Wi-Fi + LTE + 4 GB RAM + 64 GB yaddaş - 460 avro
- Wi-Fi + LTE + 4 GB RAM + 128 GB yaddaş - 520 avro.
Qeyd etmək lazımdır ki, Galaxy Tab S6 Lite (2024)-ün Full HD keyfiyyətli 10.4 düym LCD ekrana sahib olacağı, Exynos 1280 prosessoru vasitəsilə çalışacağı və özündə 7040 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
