Logo
    main-post-cover

    Yüksək təsvir yenilənməsinə sahib MSI MPG 242R X60N gaming monitoru təqdim edilib

    Cihazlar+
    05.06.2025
    Emil
         MSI şirkəti yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru MSI MPG 242R X60N adlanır. Bu yeni monitor yüksək göstəricidə təsvir yenilənməsi ilə seçilir. Beləliklə monitor 600 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 24.1 düym ölçülü TN ekranla təchiz olunub. Ekranın standart parlaqlıq səviyyəsi 350 nit, maksimal parlaqlıq səviyyəsi 500 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 119%-ni, DCI-P3 rəng diapazonunun 93%-ni, Adobe RGB rəng diapazonunun isə 89%-ni əhatə edir. Monitor HDMI 2.1 FRL, DisplayPort 1.4a, USB-C, USB-BUSB-A girişlərini əldə edib. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 98 vatt çıxış gücünə sahibdir. MSI MPG 242R X60N-in nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
    Paylaş