Logo
    main-post-cover

    ZTE şirkəti MWC 2024-də qatlana bilən qapaqlı nubia Flip 5G smartfonunu təqdim edib - QİYMƏTİ

    Cihazlar+
    26.02.2024
    Emil
         ZTE şirkəti MWC 2024 sərgisi çərçivəsində qatlana bilən qapaqlı nubia Flip 5G smartfonunu təqdim edib. Sözügedən smartfon bir neçə müddət bundan öncə Yaponiyada təqdim edilmiş nubia Libero Flip smartfonunun qlobal bazar üçün nəzərdə tutulmuş versiyasıdır. nubia Flip 5G xarici görünüşcə Libero Flip ilə eynidir. RAM və daxili yaddaş həcmi istisna olmaqla digər texniki göstəricilər baxımından da bu smartfonlar eynidirlər. Nubia Libero Flip-in texniki özəllikləri ilə bu linkdən tanış ola bilərsiniz. Nubia Flip 5G-yə gəldikdə isə o, iki versiyada satışa çıxacaq. Birinci versiya 12 GB RAM-a və 256 GB daxili yaddaş həcminə, ikinci versiya isə 16 GB RAM-a və 512 GB daxili yaddaş həcminə sahib olacaq. Smartfonun qiyməti 420$-dan start götürəcək.
    Paylaş