main-post-cover

    Huawei P30 Pro smartfonu Barselonada bağlı qapılar arxasında sərgilənib (MWC 2019)

    Digər
    MWC 2019
    28.02.2019
    Farid Pardashunas

    Huawei şirkəti MWC 2019 sərgisinə özünün qatlana bilən smartfon modeli olan Mate X-dən əlavə olaraq həmçinin gələn ayın sonunda təqdim edəcəyi P30 Pro flaqman smartfon modelini də gətirib. Lakin görünür, smartfon yalnız bağlı qapılar arxasında bəzi jurnalistlərə sərgilənib. Bu cür bəxtəvərlərdən biri də Digital Trends saytının jurnalistləri olublar. Lakin jurnalistlərə smartfonun ön panelinin fotosunu çəkmək icazəsi verilməyib. Bu səbəbdən də smartfonun yalnız kənar tərəfləri ilə arxa panelinin fotoları çəkilib. Məlumata əsasən MWC 2019 sərgisinə gətirilmiş smartfon demək olar ki, final versiyadır və o öz ölçüləri baxımından keçən ilki P20 Pro modelinə bənzəyir.

        Beləliklə çəkilmiş fotolardan da görmək olar ki, Huawei P30 Pro modeli LED işıqlandırma sistemli və lazer avtofokuslu üçlü arxa kameraya sahib olacaq. Smartfonun aşağı hissəsində Vogue sözü var. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə ortaya çıxmış məlumatlarda P30 seriyasının smartfonlarından birinin məhz Vogue kod adına sahib olduğu qeyd olunmuşdu. Beləliklə indi məlum oldu ki, Vogue kod adına məhz P30 Pro modeli sahibdir. Smartfonun sağ hissəsində qırmızı rəngdə yandırıb/söndürmə düyməsi və səsin tənzim olunması düymələri yerləşdirilib. Smartfonun aşağısında isə səsgücləndiricilər və USB-C girişi yerləşir. Lakin 3.5 mm-lik audiogiriş yoxdur.
    Qeyd edək ki, MWC 2019 yayımlarımızın sponsoru Kontakt Home mağazalar şəbəkəsidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər