
2 ilə elektromobillərin qiymətləri benzinlə çalışan avtomobillərin qiymətləri ilə eyni səviyyədə ola bilər
Nəqliyyat
21.10.2024
Emil
Goldman Sachs Research şirkətinin aparmış olduğu araşdırmaya əsasən elektromobillər üçün nəzərdə tutulmuş batareyaların qiymətləri artıq 2026-cı ilə qədər dünya bazarında hal-hazırki qiymətlərdən iki dəfə aşağı düşə bilər. Bu isə öz növbəsində elektromobillərin qiymətlərini benzinlə çalışan ənənəvi avtomobillərin qiymətləri ilə eyni səviyyəyə endirə bilər. Goldman Sachs şirkətinin fikrincə elektromobillər üçün nəzərdə tutulmuş batareyaların ortalama qiyməti kilovat-saat üçün 80$-a çata bilər. Bundan əlavə olaraq bazarda yeni nəsil batareyaların ortaya çıxacaqları gözlənilir.
Söhbət, aşağı qiymət müqabilində 30% daha yüksək sıxlıqlı enerjini təmin edəcək batareyalardan gedir. Batareyaların qiymətlərində eniş həmçinin onların istehsalında istifadə edilən metalların qiymətlərindəki enişlə də bağlıdır. Elektromobillər üçün nəzərdə tutulmuş batareyaların ümumi qiymətlərinin 60%-ni isə məhz metallar təşkil edirlər. Bundan əlavə olaraq şirkətlər batareyalarda yeni kimyəvi tərkiblərin istifadəsinə hədəfləniblər. Mütəxəssislər hesab edirlər ki, bu cür tendensiyalar sayəsində elektromobillərin qiymətləri benzinlə çalışan ənənəvi avtomobillərin qiymətləri ilə eyni səviyyədə olacaqlar.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
