Logo
    main-post-cover

    2030-cu ilə qədər Çində uçan taksilər fəaliyyətə başlaya bilər

    Nəqliyyat
    22.05.2025
    Emil
         Nəqliyyatın elektrikləşdirilməsi kiçik aviasiyaya da təsir edib. Bu sahədə ilkin mərhələdə inkişaf etdirilən avtopilot texnologiyasını demirik belə. Çin startapı EHang əmindir ki, 5 ildən sonra Çin Xalq Respublikasının səmasında uçan marşrut taksilər hərəkət edəcək və bəzi şəhərlərdə infrastrukturun mövcudluğu halında fərdi marşrutlarla da fəaliyyət göstərəcəklər. South China Morning Post nəşrinə verdiyi müsahibədə EHang şirkətinin maliyyə direktoru Conor Yang belə bildirib: "İnanıram ki, 2030-cu ilə qədər Çində uçan marşrut taksilər fəaliyyət göstərəcək. Həmçinin mümkündür ki, bəzi iri şəhərlərdə uçuş-enmə meydançaları kimi infrastrukturun mövcudluğu şəraitində hava taksi xidmətləri də təqdim olunsun".
         Xatırladaq ki, EHang bu ilin sonuna qədər özünün EH216-S adlı elektriklə işləyən hava nəqliyyat vasitələrinin Quançjou və Hefey şəhərlərində turistlər üçün ekskursiya məqsədilə istifadəsini planlaşdırır. Lakin yalnız əvvəlcədən müəyyən edilmiş marşrutlar üzrə. Uçuş məsafəsi 30 kilometrə, maksimal sürəti isə 130 km/saat-a çata bilər. EH216-S modelinin Çində satış qiyməti 331 000$-a qədərdir və bu aparat iki sərnişin daşımaq qabiliyyətinə malikdir. Bu cür xidmətlərin Taylandda da istifadəyə verilməsi planlaşdırılır. Qeyd edək ki, artıq ötən ilin noyabr ayında orada sınaq uçuşları başlanıb. Ümumilikdə isə, EHang nümayəndəsinin bildirdiyinə görə, şirkətin texnologiyasına Yaxın Şərq, Cənub-Şərqi Asiya və Latın Amerikası ölkələrinin nümayəndələri - yəni ixrac bazarları baxımından - maraq göstərirlər.
         EHang bu gənc bazarda ciddi rəqabətdən çəkinmir, çünki qlobal miqyasda hər kəsə yerin yetəcəyinə inanır. Bununla belə, öz mövqelərindən geri çəkilmək niyyətində deyil və özünü bu sahənin liderlərindən biri hesab edir. Şirkət potensialını yeni tərəfdaşlar tapmaqla inkişaf etdirməyə çalışır. EHang artıq güc batareyaları istehsalçısı Gotion ilə əməkdaşlıq edir və ötən il Changan Automobile avtomobil istehsalçısı ilə razılaşma imzalayıb. Bu tərəfdaşlıq şirkətə uçan aparatlar istehsal etməkdə və onların texniki xidməti ilə məşğul olmaqda dəstək olacaq. Şirkət bu ilin sonuna qədər illik istehsal gücünü 300 aparatdan 1000 aparata qədər artırmağı planlaşdırır. EHang artıq ABŞ fond bazarına çıxış əldə edib, lakin əlavə səhmlərin başqa bir birjada da yerləşdirilməsi imkanını nəzərdən keçirir.
         Bu ilin sonuna qədər EHang tərəfdaşları ilə birlikdə hazırladığı ən azı iki batareya modelini təqdim edəcək. EHang məhsul çeşidini də genişləndirməyi planlaşdırır. Artıq bu rübdə şirkət VT-35 modelini təqdim edəcək. Bu model əvvəlki VT-30-dan sonra növbəti inkişaf mərhələsi olacaq və orta məsafəli uçuşlar (300 km-ə qədər) üçün nəzərdə tutulub. Uçan aparatın konstruksiyası uzun məsafələrdə elektrik enerjisindən daha səmərəli istifadə və kruiz sürətinin artırılması üçün optimallaşdırılıb. Mütəxəssislərin fikrincə, ilkin mərhələdə kiçik elektrik aviasiyası bazarı əsasən logistika xidmətlərinə yönələcək. Çünki sərnişin daşımaları daha yüksək təhlükəsizlik və inkişaf etmiş infrastruktur tələb edir.
    Paylaş
    Bənzər xəbərlər