Logo
    main-post-cover

    ABŞ-də hava taksilərinin ilk real uçuşu baş tutdu

        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, ABŞ-nin Joby Aviation şirkəti Nyu-Yorkda elektrik hava taksisinin uçuşunu həyata keçirib. Təxminən 14 dəqiqə davam edən uçuş zamanı aparat Bruklin sahili boyunca hərəkət edərək şəhər mərkəzinə çatıb.
    Joby Air Taxi NYC: JFK to Manhattan in 10 Minutes
        Şirkətin hazırladığı bu eVTOL (şaquli qalxıb-enə bilən elektrik hava nəqliyyatı) 5 nəfər daşımaq imkanına malikdir. Lakin hazırda bütün uçuşlar yalnız pilotla həyata keçirilir. Bunun əsas səbəbi isə ABŞ-nin aviasiya qurumu olan Federal Aviation Administration tərəfindən sərnişin daşınması üçün hələ rəsmi icazənin verilməməsidir. Şirkət rəsmiləri bildirir ki, sertifikasiya prosesi uzun və mürəkkəbdir, lakin onlar artıq bu mərhələnin sonuna yaxınlaşdıqlarını qeyd edirlər. Buna baxmayaraq, sərnişin daşımalarının nə vaxt başlayacağı ilə bağlı dəqiq tarix açıqlanmır.
        Maraqlıdır ki, Joby Aviation ilk kommersiya xidmətini ABŞ-də deyil, Dubayda başlatmağı planlaşdırır. Bunun səbəbi isə BƏƏ-də bu sahədə tənzimləyici baryerlərin daha çevik olmasıdır. Elektrik hava taksilərinin əsas üstünlükləri isə səssiz işləməsi və sıfır emissiya ilə fəaliyyət göstərməsidir. Şirkət bildirir ki, bu nəqliyyat vasitələri Manhettan ilə JFK hava limanı arasındakı yolu təxminən 10 dəqiqəyə qət edə bilər, halbuki avtomobillə bu məsafə bir saata qədər vaxt aparır.
     
    Paylaş