
ABŞ startapı uçan elektromobilini sərgiləyib (VİDEO)
Nəqliyyat
20.02.2025
Emil
ABŞ-ın Alef Aeronautics adlı startapı 2015-ci ildən vertikal qalxma və enmə funksiyasına malik elektromobil üzərində çalışır. Bu elektromobil, digər nəqliyyat vasitələri ilə müqayisədə adi yollarda hərəkət etməyə imkan verən və iki nəfərlik sərnişin tutumuna malik bir modeldir. Şirkət Model A adlı ilk elektromobil modelinin Kaliforniyada yolda dayanan bir avtomobilin üzərindən havada uçaraq keçdiyini nümayiş etdirdi. Bu startap artıq ABŞ-ın FAA agentliyindən uçuş sınaqlarını keçirmək və hətta kommersiya məqsədilə istifadəni həyata keçirmək üçün sertifikat alıb.
Model A bir dəfə şarj olunandan sonra yolda 350 km-ə qədər məsafəni qət edə bilir, havada isə 176 km uçuş məsafəsinə malikdir. Yeni videoda Alef Model A, Kaliforniyada ümumi istifadəyə açıq yolda dayanan Lexus krossoverinin üzərindən havada uçaraq keçir və yolun digər tərəfində yerə enir. Kənardan bu mənzərə bir qədər qeyri-real görünsə də, uçan elektromobilin gövdəsinin yırğalanması və qaldırdığı toz buludları belə bir uçuşun həqiqətən baş verdiyini göstərir. Bildirildiyinə görə, Model A tamamilə elektrik enerjisi ilə hərəkət edir. Lakin bəzi istifadəçiləri onun məsafə qət etmə diapazonu qane etməzsə, gələcəkdə hidrogenlə işləyən versiyası da nəzərdən keçirilə bilər.
Elektrik versiyasının satış qiyməti 300 000$ təşkil edəcək və öncədən sifarişlər artıq qəbul edilir. Ümumi gözləmə sırasına yazılmaq istəyənlər 150$ avans ödəməlidir. Daha qısa növbədə yer tutmaq istəyənlər isə 1500$ ödəməlidir. Alef-in məlumatına görə, Model A üçün artıq 3300 ilkin sifariş toplanıb. Model A-nın istehsalına bu ilin sonuna qədər start veriləcək. Bundan əlavə, şirkət 35 000$ başa gələcək daha əlçatan uçan elektromobil - Model Z üzərində çalışır. Lakin bu modelin anonsu 2035-ci ildən tez gözlənilmir və bu müddət ərzində şirkət və layihənin gələcəyi ilə bağlı bir çox dəyişikliklər baş verə bilər.
Mənbə: Electrek
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
