Logo
    main-post-cover

    AI əsaslı EV platforması Ever 31 milyon dollar investisiya cəlb etdi

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, ABŞ-də istifadə olunmuş elektrik avtomobillərinin alqı-satqısını tam rəqəmsal platformaya çevirməyi hədəfləyən Ever startapı 31 milyon dollarlıq Series A investisiya raundunu uğurla tamamlayıb. Maliyyələşdirmə raunduna Eclipse rəhbərlik edib. Raundda həmçinin Ibex Investors, Lifeline Ventures və Səudiyyə Ərəbistanının Jameel ailəsinə məxsus investisiya qolu JIMCO iştirak edib. Qeyd edək ki, JIMCO əvvəllər Rivian şirkətinə də erkən mərhələdə yatırım etmişdi.
    Ever Raises $31M Series A for AI-Powered EV Marketplace
        Ever özünü “AI-native, full-stack auto retail” şirkəti kimi təqdim edir və iddia edir ki, elektrik avtomobillərinin alqı-satqısını tamamilə süni intellekt əsaslı əməliyyat sistemi ilə idarə edir. Şirkətin həmtəsisçisi və CEO-su Lasse-Mathias Nyberg bildirir ki, bir avtomobilin alqı-satqısı zamanı yüzlərlə, hətta minlərlə əməliyyat icra olunur.
        Onun sözlərinə görə, mövcud bazarda bu proseslər müxtəlif ayrı-ayrı proqram təminatları vasitəsilə həyata keçirilir və nəticədə səmərəsizlik yaranır. Ever isə bütün bu mərhələləri vahid “orchestration layer”, yəni əməliyyat sistemi üzərindən avtomatlaşdıraraq həm satış komandalarının məhsuldarlığını 2–3 dəfə artırır, həm də xərcləri azaldır. Bu isə şirkətə ya daha yüksək marja əldə etməyə, ya da qiymətləri aşağı salaraq müştərilərə üstünlük təqdim etməyə imkan verir. Ever həm onlayn marketplace modeli, həm də fiziki satış məntəqələri ilə fəaliyyət göstərir. Şirkət hesab edir ki, xüsusilə ilk dəfə EV alan müştərilər üçün avtomobili canlı görmək və test etmək vacibdir.
        Bununla belə, istifadəçi rəyləri birmənalı deyil. Keçən il bəzi forumlarda istifadəçilər platformanın rahatlığını yüksək qiymətləndirsələr də, bəziləri müştəri dəstəyi ilə əlaqə problemlərindən şikayət ediblər. Şirkət rəhbərliyi bunu erkən mərhələdə əldə edilən təcrübə kimi qiymətləndirir və sistemin daha çevik və effektiv olması üçün təkmilləşdirmələrin davam etdiyini bildirir.
    Paylaş