
AirCar 2 adlı uçan avtomobil təqdim edilib - QİYMƏTİ
Nəqliyyat
12.05.2025
Emil
Slovakiya şirkəti Klein Vision şəxsi və innovativ nəqliyyat vasitələrinin yaradılması üzrə qlobal trendlərə qoşularaq uçan avtomobilini təqdim edib. AirCar 2 adlı bu nəqliyyat növü avtomobil ilə kiçik təyyarənin birləşməsidir. İstehsalçının açıqlamasına görə, o, yerüstü yollarda 200 km/saat, havada isə 250 km/saat sürətə çata bilir. Qeyd olunası məqam budur ki, bir vəziyyətdən digərinə keçid cəmi 80 saniyə çəkir və sürücü/pilotdan əlavə bir səy tələb etmir: Gövdədən qanadlar açılır, arxa spoyler quyruğa çevrilir və pərvane işə düşür. Avtomobilin standart vəziyyətdə uzunluğu 6 metrdir, bu da onu adi dayanacaqlarda park etməyə imkan verir. AirCar 2-nin qiyməti 800 000$-dır. 2025-ci ilin sentyabrında Klein Vision modelin sertifikatlaşdırılmasını başa çatdırmağı və AirCar 2-nin seriyalı istehsalına başlamağı planlaşdırır. Şirkət ildə 100 ədəd avtomobil istehsal etməyi nəzərdə tutur.



Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
