
Almaniya avtomobil sahəsinin çöküşü?: Volkswagen Almaniyadakı 3 zavodunu bağlamağı planlaşdırır
Nəqliyyat
29.10.2024
Emil
Almaniyanın Volkswagen şirkəti təsis edildiyi vaxtdan indiyənə kimi ilk dəfə olaraq 3 zavodunu bağlamağı və işçilərinin maaşlarını azaltmağı planlaşdırır. Volkswagen rəhbərliyi bildirib ki, o, Çinin avtomobil sahəsi tərəfindən olan sərt rəqabət, digər bazarlarda satışların aşağı düşməsi və elektromobillərə keçidin vacibliyi səbəbilə radikal addımlar atmalıdır.
Volkswagen-in Almaniyadakı bəzi zavodlarının bağlanması barəsində ilk məlumatlar hələ sentyabr ayında ortaya çıxmışdı. Həmin vaxtda şirkətin CEO-su Oliver Blume bildirmişdi ki, Almaniya bizneslə məşğul olmaq üçün yer kimi rəqabət qabiliyyəti nöqteyi nəzərdən geridə qalır. Qeyd etmək lazımdır ki, Volkswagen-də bütün dünya üzrə ümumilikdə 650 000-ə yaxın insan çalışır. Onlardan 300 000-ə yaxını isə Almaniyada yerləşir.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
