Android Auto-da gizli tərtibatçı menyusunu saniyələr ərzində aktivləşdirmək mümkündürr
Android Auto avtomobillərin multimedia ekranında xəritə, musiqi və mesajlaşma kimi əsas tətbiqlərdən istifadə etməyə imkan verir. Lakin platformada əksər istifadəçilərin xəbərdar olmadığı və əlavə funksiyalar təqdim edən gizli tərtibatçı menyusu da mövcuddur.
Bu menyuda simsiz bağlantını idarə etmək, üçüncü tərəf tətbiqlərindən istifadə etmək və video təsvirinin keyfiyyətini dəyişmək kimi bir sıra seçimlər yer alır. Android Auto-nun gizli tərtibatçı menyusuna necə daxil olmaq olar?
Menyuya daxil olmaq üçün aşağıdakı addımları yerinə yetirmək kifayətdir:
1. Telefonun Parametrlər (Settings) bölməsini açın və Android Auto seçimini axtarın. Alternativ olaraq, Parametrlər > Qoşulmuş cihazlar > Android Auto bölməsinə keçin.
2. Səhifənin aşağı hissəsinə qədər sürüşdürün.
3. Versiya və icazə məlumatları (Version and permission info) seçiminə ardıcıl olaraq təxminən 10 dəfə toxunun.
4. Telefon tərtibatçı parametrlərinin aktivləşdirilməsini təsdiqləməyi tələb edəcək. Təsdiq verdikdən sonra menyu aktivləşəcək.
5. Android Auto bölməsinin yuxarı hissəsinə qayıdın və küncdəki üç nöqtəli menyuya toxunun.
6. Tərtibatçı parametrləri (Developer settings) seçimini açın.

Qeyd edək ki, menyuların adları istifadə olunan cihaz və Android versiyasından asılı olaraq bir qədər fərqlənə bilər.
Paylaş