Logo
    main-post-cover

    Azərbaycan Orta Dəhlizin inkişafını beynəlxalq konfransda təqdim edib

    Nəqliyyat
    01.06.2026
    Farid
        Azərbaycan Yunanıstanın Patras şəhərində Balkan və Qara Dəniz regionlarının nəqliyyat bağlantılarına həsr olunan beynəlxalq konfransda təmsil olunub. Tədbirdə OECD nəzdində fəaliyyət göstərən Beynəlxalq Nəqliyyat Forumunun analitiki Əliş İsmayılov çıxış edib.
        Technote.az xəbər verir ki, çıxış zamanı son illərdə qlobal təchizat zəncirlərinin ciddi sınaqlarla üzləşdiyi vurğulanıb. Bildirilib ki, Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən strateji və dayanıqlı nəqliyyat marşrutu kimi ön plana çıxır.
        Sessiyada qeyd edilib ki, beynəlxalq bağlantıların gücləndirilməsi Azərbaycanın BNF-yə 2025–2026-cı illərdəki sədrliyinin əsas prioritetlərindən biri olub. Həmçinin Orta Dəhliz mövzusunun təşkilatın gündəliyində xüsusi yer tutduğu vurğulanıb.
        Çıxış zamanı OECD və BNF-nin hazırladığı “Orta Dəhlizin potensialının reallaşdırılması” hesabatına istinad edilib. Hesabatda regional iqtisadi inteqrasiya, tranzit prosedurlarının sadələşdirilməsi və infrastruktur investisiyalarının artırılması əsas prioritetlər kimi göstərilib.
        Tədbirdə BNF-nin 2026–2027-ci illər üzrə İş Proqramı barədə də məlumat verilib. Proqram çərçivəsində yükdaşımaların səmərəliliyi və rəqəmsallaşdırılması istiqamətində yeni tədqiqatların aparılmasının nəzərdə tutulduğu bildirilib.
    Paylaş
    Bənzər xəbərlər