Bakıda ictimai nəqliyyatda yenilik: xarici bank kartları ilə ödəniş imkanı
Bakıda ictimai nəqliyyatda xarici bank kartları ilə ödəniş imkanı yaradılıb.
Technote.az xəbər verir ki, yenilik Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasından (WUF13) öncə tətbiq edilib.
Artıq xarici emissiyalı bank kartları ilə NFC texnologiyası əsasında təmassız ödəniş etmək mümkündür. Bu funksiya ictimai nəqliyyatda istifadəyə verilib.
Yenilik sayəsində turistlər və xarici vətəndaşlar əlavə ödəniş vasitəsi əldə etmədən xidmətlərdən yararlana biləcəklər. Onlar birbaşa beynəlxalq bank kartları ilə ödəniş edə biləcəklər.
Qeyd edək ki, bundan əvvəl yalnız yerli bank kartları ilə NFC ödəniş mümkündür. Sistem ötən ildən tətbiq olunmağa başlanıb.
Hazırda NFC ödəniş sistemi Bakı və Gəncə şəhərlərində, eləcə də Bakı-Sumqayıt marşrutlarında aktivdir.
Paylaş
Bənzər xəbərlər