![main-post-cover](https://static.technote.az/media/posts/webp/continental_bashligi.webp)
Bentley-nin hibrid Continental GT avtomobilinin ilk fotoları və texniki imkanları təqdim edilib
Nəqliyyat
16.05.2024
Emil
Bentley şirkəti özünün Continental GT adlı hibrid avtomobilinin ilk fotolarını və texniki özəlliklərini təqdim edib. Məlumatda qeyd edilib ki, bu avtomobildə Ultra Performance adlı yeni hibrid güc qurğusu tətbiq ediləcək. Continental GT-də o, 782 at gücündə olacaq. Bentley artıq yeni Continental GT-ni öz brendinin tarixinin ən güclü və dinamik avtomobili adlandırır. Sözügedən avtomobilin özündə elektrikli mühərriklə yanaşı yeni V8 mühərrikini də birləşdirəcəyi gözlənilir. Məlumatda qeyd edilib ki, yeni Continental GT elektrik enerjisi sayəsində 80 km yol qətt edə biləcək və üstəlik avtomobil həm arxa həm də ön çəkim təkərlərə sahib olacaq. Bundan əlavə olaraq hibrid Continental GT idarə olunan arxa təkərləri və iki klapanlı amortizatorları əldə edəcək. Hibrid Continental GT-nin artıq gələn ay təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar
![Splus.az - Azərbaycanın Əmlak Bazarında Yeni Bir Nəfəs!](https://static.technote.az/media/posts/thumbnail/WhatsApp_Image_2025-01-31_at_11.00.17.jpeg)
Splus.az - Azərbaycanın Əmlak Bazarında Yeni Bir Nəfəs!
![Android-də Dark Theme rejiminin imkanı genişləndirəcək](https://static.technote.az/media/posts/thumbnail/1_ObZQQZJeFB3oOo-hLwpdVQ.jpeg)