
Bugatti saatda 500 km sürət həddini keçməyi hədəfləyib
Nəqliyyat
20.11.2024
Emil
Bugatti şirkəti əldə etmiş olduğu nailiyyətlərlə yetinmək niyyətində deyil. Bugatti Mistral vasitəsilə üstü açıq avtomobillər arasında sürət rekordunu (saatda 453 km) qırdıqdan sonra şirkətin CEO-su Mate Rimac yeni iddialı məqsədini anons edib. Belə ki, o, saatda 500 km sürət həddini keçmək istəyir. Məlumata əsasən Almaniyanın Papenburq şəhərindəki yarış trekində Bugatti Mistral-ın testlərindən sonra Mate Rimac, Michelin şirkətinin mühəndisləri ilə aktiv müzakirə aparıb. Aparılmış müzakirənin mövzusu isə saatda 500 km-dən yüksək sürətdə müxtəlif yüklənmələrə tab gətirə biləcək təkərlər olub. Şirkət yeni sürət rekorduna Bugatti Tourbillon adlı hiperkar ilə imza atmaq istəyir. Qeyd etmək lazımdır ki, bu hiperkar özündə W16 mühərrikinə sahib hibrid sistemi birləşdirir.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
