
BYD öz avtopilotunun idman elektromobilini necə idarə etdiyini sərgiləyib (VİDEO)
Nəqliyyat
14.02.2025
Emil
Çinin avtomobil istehsalçısı BYD sürücüyə yardım sistemləri kompleksinin (ADAS) imkanlarını "God’s Eye" adı altında nümayiş etdirib. Şirkət tərəfindən yayımlanmış videoda flaqman elektrik superkarı Yangwang U9 sükan arxasında sürücü olmadan Hunan Zhuzhou International Circuit yarış yolunu gündüz və gecə rejimində müstəqil şəkildə qət edir. Bu nümayiş "God’s Eye" sisteminin texnoloji üstünlüyünü vurğulamaq üçün təşkil edilib. Sistem BYD modelləri üçün 3 fərqli versiyada təqdim olunacaq.
- Ən qabaqcıl versiya - "God’s Eye A" (DiPilot 600) premium modellər üçün nəzərdə tutulub və 3 lidar sensorubu istifadə edir. Bu sistem 600 TOPS hesablama gücünə malikdir.
- "God’s Eye B" (DiPilot 300) isə 1 lidar sensoru ilə təchiz olunub və 300 TOPS hesablama gücü təklif edir. Bu versiya subflaqman və flaqman BYD modelləri üçün nəzərdə tutulub.
- Standart versiya - "God’s Eye C" (DiPilot 100), kütləvi bazar üçün nəzərdə tutulub və kameralar, millimetr dalğalı radarlar və ultrasəs sensorlarının kombinasiyasından istifadə edir. Bu sistemin maksimum hesablama gücü 100 TOPS təşkil edir.
"God’s Eye C" büdcəli BYD Seagull elektrik avtomobilində standart olaraq quraşdırılacaq və 9500$ dollar dəyərində olan bu modeldə əlavə ödəniş tələb etmədən aktivləşdiriləcək. "God’s Eye" sisteminin unikal xüsusiyyəti odur ki, BYD onun qoşulması və aktivləşdirilməsi üçün müştərilərdən əlavə ödəniş almayacaq.
Bu, Tesla-nın yanaşması ilə kəskin fərqlənir, çünki Tesla Full Self-Driving (FSD) funksiyasının əldə olunması üçün 8000$ tələb edir və ya alternativ olaraq aylıq abunə modelini təklif edir. Qeyd etmək lazımdır ki, BYD-nin qabaqcıl sistemini nümayiş etdirmək üçün seçdiyi marketinq yanaşması unikal deyil. BMW hələ 2014-cü ildə 2 Series modelinin avtonom drift imkanlarını qapalı yolda nümayiş etdirmişdi. Lakin BMW prototipindən fərqli olaraq, "God’s Eye" sistemi seriya istehsalı üçün nəzərdə tutulub və bu ildən etibarən 20-dən çox BYD modelində əlçatan olacaq.
Mənbə: Insideevs
Paylaş
Bənzər xəbərlər

Nəqliyyat
BYD-nin 10 000$-a kimi olan elektromobilləri də avtopilotu əldə edəcəklər
Heç kimə sirr deyil ki, Çin avtomobil istehsalçıları xüsusilə elektromobil seqmentində sərt rəqabət şəraitində çalışmağa məcburdurlar. Yerli bazarın lideri BYD şirkəti hələ də Tesla-nın qlobal bazardakı mövqelərinə təhdid yaradır.

Nəqliyyat
2024-cü ildə dünyanın ən böyük elektromobil istehsalçısı BYD olub
Tesla artıq dünyanın ən böyük elektromobil istehsalçısı deyil. 2024-cü ildə bu şirkət ümumilikdə 1 773 443 ədəd elektromobil istehsal edib. Lakin digər bir istehsalçı bu mövzuda Tesla-nı geridə qoymağı bacarıb.

Elm & Texnologiya
BYD şirkəti insanabənzər robotların hazırlanmasına istiqamətlənib
Dünyanın ən böyük elektromobil istehsalçılarından biri olan BYD özünün 15-ci biznes şöbəsi əsasında süni zəka əsaslı məhsulların hazırlanmasına istiqamətlənmiş xüsusi laboratoriyanı formalaşdırıb.

Nəqliyyat
BYD, Ford Motoru geridə qoyaraq dünyanın 6-cı ən böyük avtomobil istehsalçısı olub
1 il bundan öncə BYD şirkəti qlobal miqyasda Tesla-nı müəyyən müddətlik geridə qoyandan sonra bu iki şirkət arasındakı dünyanın ən böyük elektromobil istehsalçısı statusu uğrunda rəqabəti hamının diqqətini öz üzərinə çəkdi.

Nəqliyyat
Çin istehsalı elektromobillərin nəyə görə belə ucuz satıldıqları məlum olub
Yaponiyanın Çubu adlı mərkəzi regionunda Çin istehsalı avtomobillərin qeyri-adi sərgisi fəaliyyətə başlayıb. Keçirilən sərginin qeyri-adi tərəfi isə ondadır ki, sərgidəki Çin istehsalı avtomobillər hər bir vintə kimi hissələrə ayrılmış şəkildə təqdim olunub.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
