Logo
    main-post-cover

    BYD, Tesla-nın və digər avtomobil istehsalçılarının bizneslərini çökdürə bilər

    Nəqliyyat
    19.02.2025
    Emil
         Financial Times-ın yeni məqaləsinə görə, Çin avtomobil nəhəngi BYD-nin sürücüyə qabaqcıl yardım sistemlərini hətta standart elektromobil modellərinin alıcıları üçün pulsuz təqdim etmək qərarı rəqiblər üçün təhlükəli bir vəziyyət yaradır. Bu addım bir çox avtomobil istehsalçısının gələcəkdə proqram təminatından yüksək gəlir əldə etmək arzularını suya düşürə bilər. Məsələn, BMW bir müddət əvvəl avtomobillərdə oturacaq isidici funksiyasını abunə modeli ilə təqdim edərək bu sahədə təcrübələr aparıb. Tesla isə sürücüyə yardım sistemlərini (Full Self-Driving) 8000$-a sataraq gələcək gəlir strukturunu əsasən proqram təminatı üzərində qurmağa çalışır.
         NVIDIA yalnız avtopilot sistemləri üçün komponentlər deyil, həm də əlaqəli proqram təminatını bazara təqdim edərək bu modeli dəstəkləyir. Lakin BYD-nin strategiyası avtomobil sənayesində bu yanaşmanı ciddi şəkildə sarsıda bilər və proqram təminatına əsaslanan gəlir modelini çətinləşdirə bilər. BYD-nin belə sistemləri əlavə ödənişsiz təqdim etməsi bir çox avtomobil istehsalçılarının marketinq strategiyasını sarsıdır. Əvvəllər passiv təhlükəsizlik sistemlərinin inkişaf dövründə istehlakçılar təhlükəsizlik kəməri və hava yastıqları üçün əlavə ödəniş etməli idilər. Lakin zamanla bu seçimlər təkcə pulsuz deyil, həm də standart avadanlığa çevrildi.
         Bundan əlavə, bir çox ölkənin qanunvericiliyi təhlükəsizlik kəməri, hava yastıqları və ABS (anti-bloklama əyləc sistemi) olmayan minik avtomobillərinin satışını qadağan edir. BYD-nin yanaşması süni zəka əsaslı sürücüyə yardım sistemlərinin də gələcəkdə məcburi standart ola biləcəyini göstərir. Əgər orta hesabla bir avtomobil istehsalçısı avtopilot funksiyasına görə müştəridən 5000$ tələb etməyi planlaşdırırsa, və təxminən 30% alıcı bu məbləği ödəməyə hazırdırsa, və əgər şirkət ildə 10 milyon avtomobil istehsal edirsə, onda bu funksiya sayəsində illik ən azı 15 milyard dollar gəlir əldə edə bilər.
         Bu, az məbləğ deyil və BYD-nin strategiyası uğurlu olarsa, bir çox rəqiblər bu potensial gəlirdən imtina etmək məcburiyyətində qalacaqlar. BYD müəyyən mənada aktiv təhlükəsizlik sistemlərinin də adi və əlavə ödəniş tələb etməyən bir standart halına gəlməsinə səbəb ola bilər. Lakin bu yanaşma bir çox rəqibləri məmnun etmir. Hazırda ABŞ bazarı BYD-nin elektrikli avtomobillərinin geniş yayılmasından iki əsas amil sayəsində qorunur. Yüksək gömrük rüsumları və Rusiya və ya Çin mənşəli proqram təminatına malik nəqliyyat vasitələrinin istifadəsinə qadağa.
         Buna baxmayaraq, Çindən kənardakı bazarlarda BYD-nin satış həcmi sürətlə artır. ABŞ isə uzun müddət bu izolyasiyanı qoruyub saxlaya bilməyəcək. BYD rəhbərliyi də iddialı mövqe sərgiləyir. Şirkətin idarə heyətinin sədri və prezidenti Wang Chuanfu, CCTV-yə verdiyi müsahibədə bildirib ki, BYD məhsulları xarici rəqiblərindən 3-5 il qabaqdadır. Onun fikrincə, bu texnologiyalardan daha çox istehlakçının faydalanması üçün yalnız beynəlxalq ticarətdə deyil, həm də innovasiya sahəsində açıqlıq prinsiplərinə riayət etmək vacibdir. BYD-nin əsas sərvəti isə 110 000 mühəndisdən ibarət komandasıdır, hansı ki şirkətin sürətli texnoloji inkişafını təmin edir.
    Paylaş
    Bənzər xəbərlər
    byd-oz-avtopilotunun-idman-elektromobilini-nece-idare-etdiyini-sergileyib-video
    Nəqliyyat

    BYD öz avtopilotunun idman elektromobilini necə idarə etdiyini sərgiləyib (VİDEO)

    Çinin avtomobil istehsalçısı BYD sürücüyə yardım sistemləri kompleksinin (ADAS) imkanlarını "God’s Eye" adı altında nümayiş etdirib.
    abs-hokumeti-zirehli-tesla-elektromobilleri-almagi-planlasdirir
    Nəqliyyat

    ABŞ hökuməti zirehli Tesla elektromobilləri almağı planlaşdırır

    ABŞ Dövlət Departamenti 400 milyon dollar dəyərində Tesla da daxil olmaqla, zirehli elektromobillər almaq imkanını nəzərdən keçirir.
    byd-nin-10-000-a-kimi-olan-elektromobilleri-de-avtopilotu-elde-edecekler
    Nəqliyyat

    BYD-nin 10 000$-a kimi olan elektromobilləri də avtopilotu əldə edəcəklər

    Heç kimə sirr deyil ki, Çin avtomobil istehsalçıları xüsusilə elektromobil seqmentində sərt rəqabət şəraitində çalışmağa məcburdurlar. Yerli bazarın lideri BYD şirkəti hələ də Tesla-nın qlobal bazardakı mövqelərinə təhdid yaradır.
    tesla-nin-pilotsuz-taksilerinin-temizlenmesi-ile-futuristik-robot-mesgul-olacaq-video
    Elm & Texnologiya

    Tesla-nın pilotsuz taksilərinin təmizlənməsi ilə futuristik robot məşğul olacaq (VİDEO)

    Tesla-nın son rüblük konfransı iyun ayında şirkətin pilotsuz taksilərinin Texas ştatının Ostin şəhərində pullu sərnişin daşımağa başlayacağını anlamağa yardımçı oldu. Bu şəhər Tesla-nın yeni baş qərargahının yerləşdiyi yerdir. Tesla-nın yeni yayımlamış olduğu videoya əsasən, şirkət təkcə taksi səfərlərini avtomatlaşdırmaqla kifayətlənməyəcək, həm də taksilərin salonlarının təmizlənməsini avtomatik şəkildə reallaşdıracaq.
    tesla-il-erzinde-10-000-eded-optimus-robotu-istehsal-etmeye-hazirdir
    Elm & Texnologiya

    Tesla il ərzində 10 000 ədəd Optimus robotu istehsal etməyə hazırdır

    Tesla-nın CEO-su Elon Musk, şirkətin son rüb üzrə maliyyə nəticələrinin təqdim edilməsinə həsr edilmiş mətbuat konfransında şirkətin bu il 10 000 ədəd insanabənzər Optimus robotunu istehsal etməyə mənəvi cəhətdən hazır olduğunu bəyan edib.