Logo
    main-post-cover

    BYD və Chery Avropada sürətlə böyüyür

        Technote.az “TNW” platformasına istinadən bildirir ki, Çin avtomobil istehsalçılarının Avropa bazarındakı yüksəlişi sürətlənməkdə davam edir. Aprel ayında Çin markaları Avropada satılan elektrik avtomobillərinin (EV) 15 %-dən çoxunu təşkil edib. Bu göstərici ilk dəfədir ki, bir ay ərzində bu həddi keçir.
    China’s EV brands cross 15% in Europe, with Britain leading the charge
        “Dataforce” məlumatlarına görə, BYD və Chery kimi istehsalçıların tam elektrik modellərinin satışları ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artaraq 38 281 ədədə çatıb. Ümumilikdə isə Çin markalarının Avropa avtomobil bazarındakı payı artıq 10 %-ə yaxınlaşır. Maraqlıdır ki, cəmi 5 il əvvəl Avropada Çin istehsalı elektromobillərin satışları ayda yalnız bir neçə min ədəd səviyyəsində idi. Son illərdəki sürətli artım isə bazar dinamikasını ciddi şəkildə dəyişib.
        Xüsusilə plug-in hibrid (PHEV) seqmentində Çin markalarının yüksəlişi daha diqqətçəkicidir. Son göstəricilərə görə, Avropada satılan PHEV modellərinin təxminən 30 %-i Çin istehsalçılarına məxsus olub. Burada əsas payı BYD-nin Seal U və Atto 2 modelləri, həmçinin Chery-nin Jaecoo və Omoda seriyaları formalaşdırıb. Ən diqqətçəkən nümunələrdən biri isə Böyük Britaniya bazarıdır. Chery-yə məxsus Jaecoo markasının Jaecoo 7 modeli mart ayında Böyük Britaniyada ən çox satılan yeni avtomobil olub. Model ay ərzində 10 064 qeydiyyat əldə edib və ən yaxın rəqibini 70 % fərqlə geridə qoyub. Satışların 85 %-ni isə plug-in hibrid versiyalar təşkil edib.
    Paylaş