Cadillac Optiq adlı yeni elektrikli krossover təqdim edilib
Nəqliyyat
31.05.2024
Emil Nəcəfov
General Motors şirkəti Cadillac brendi altında üçüncü elektromobilini təqdim edib. Söhbət, Optiq adlı elektrikli krossoverdən gedir. Cadillac brendinin 5 nəfər sərnişin üçün nəzərdə tutulmuş kompakt ölçülü bu yeni elektromobili özündə dinamik dizaynı, bir dəfə şarj olunandan sonra uzun məsafənin qətt olunması imkanını və Cadillac avtomobilləri arasında münasib satış qiymətini birləşdirir. Cadillac Optiq həm arxa həm də ön çəkim təkərlərini və iki ədəd elektrikli mühərriki əldə edib. Mühərriklər ümumi 300 at gücünə sahibdirlər.
Elektromobil sürətli şarj texnologiyalı 85 kilovatt saat həcmli batareyanı əldə edib. Cadillac Optiq bir dəfə şarj olunandan sonra 483 km yol qətt edə bilir. Elektromobilin 10 dəqiqəlik şarj prosesi isə ona 129 km-lik yolu qətt etməyə imkan verir. Krossover olmasına baxmayaraq elektromobil dinamik səyahət təcrübəsini yaşatma imkanına sahibdir. Cadillac Optiq özündə 4 səyahət rejimini birləşdirir. Tour, Sport, Snow/Ice və My Mode.
Elektromobilin interyeri təbii dəri materialın istifadəsi ilə hazırlanıb. Salonun ön hissəsində 33 düym ölçülü sensorlu ekran yerləşir və o, elektromobil ilə bağlı vacib məlumatların əks olunduğu panel ilə multimedia sistemi rolunda çıxış edir. Cadillac Optiq özündə Android əsasında hazırlanmış proqram təminatını və Super Cruise adlı avtopilot sistemini birləşdirir. Elektromobil bu ilin payız fəslində ABŞ-da və Avropada satışa çıxacaq. Satışa Cadillac Optiq iki versiyada çıxarılacaq. Birinci versiya Luxury, ikinci versiya isə Sport adlanacaq. Elektromobilin qiyməti 54 000$-dan start götürəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!