Logo
    main-post-cover

    Çində avtomobil satışları son illərin ən zəif göstəricisini nümayiş etdirib

        Çində avtomobil bazarı 2026-cı ilin ilk yarısında ciddi geriləmə ilə üzləşib. Çin Minik Avtomobilləri Assosiasiyasının (CPCA) məlumatına görə, ölkədə minik avtomobillərinin satışı ötən ilin eyni dövrü ilə müqayisədə 20,2 % azalaraq 8,7 milyon ədədə düşüb. Qurum ilin sonu üzrə proqnozunu da aşağı salıb. Belə ki, 2026-cı ildə ümumi satışların 20,4 milyon avtomobil olacağı gözlənilir. Bu isə 2025-ci ildə qeydə alınmış 23,7 milyonluq rekord göstəricidən xeyli aşağıdır. Ən böyük eniş daxili yanma mühərrikli avtomobillərdə müşahidə olunur. İyun ayında benzin və dizel mühərrikli avtomobillərin pərakəndə satışı illik müqayisədə 39 %, yalnız benzin mühərrikli modellərdə isə 42 % azalıb. Analitiklər bunu yanacağın bahalaşması və istehlakçıların elektromobillərə keçidi ilə əlaqələndirirlər.
    China’s car market is heading for its worst year since 2021. Sales fell 20% in the first half.
        Bununla yanaşı, elektrik avtomobilləri bazarı da əvvəlki illərdəki yüksək artım tempini qoruyub saxlaya bilmir. Mütəxəssislər hesab edirlər ki, dövlət subsidiyalarının azaldılması nəticəsində 2026-cı ildə yeni enerji avtomobillərinin satışında da 5-6 % geriləmə müşahidə oluna bilər. İstehsalçılar eyni zamanda artan xammal xərcləri və qiymət müharibəsi ilə üzləşirlər. Litium və yaddaş çiplərinin bahalaşması fonunda avtomobil istehsalçılarının mənfəət marjası ilin ilk beş ayında 3,4 %-ə qədər enib, sektorun ümumi mənfəəti isə 20 % azalıb. Analitiklərin fikrincə, bir avtomobil istehsalçısının zərər etməməsi üçün ildə ən azı 500 min, dayanıqlı mənfəət əldə etməsi üçün isə 1 milyon avtomobil satması lazımdır. Bu səbəbdən 2030-cu ilə qədər Çin bazarında yalnız 7-8 böyük istehsalçının fəaliyyətini davam etdirəcəyi proqnozlaşdırılır. Potensial liderlər arasında BYD, Geely, Leapmotor, eləcə də VolkswagenToyota göstərilir.
    Paylaş