main-post-cover

    Çində bir elektrikli skuter anidən partlayaraq yanmağa başlayıb! (VİDEO)

    Nəqliyyat
    11.10.2024
    Farid Pardashunas

         Çində hərəkətdə olan bir skuter anidən partlayaraq alışmağa başlayıb. Skuter sürücüsünün isə hadisəni bədəninin bəzi hissələrində yüngül yanıq xəsarətləri ilə keçirdiyi bildirilir.

         Xəbərə mövzu olan bu hadisə, 7 oktyabrda Çinin Shenzhen şəhərindəki Longhua bölgəsində baş verib. Təsadüfən yaxınlıqdakı bir avtomobilin kamerasına düşən hadisədə elektrikli skuterin qığılcımlar saçaraq irəlilədiyi görünür. Bir neçə saniyə sonra isə skuter birdən partlayaraq alov topuna çevrilir. Sürücü isə hadisə yerindən uzaqlaşaraq üstünə sıçrayan alovları söndürməyə çalışır.
         Qəzadan sonra Çin sosial şəbəkələrində paylaşılan görüntülərdə kişinin üzündə və ayaqlarında yanıq izləri olduğu və ilk tibbi yardım qruplarının hadisə yerinə gəlməsini gözləyərkən üstü açıq vəziyyətdə dayandığı görünür. Hadisə yerinə gələn yanğınsöndürmə qruplarının yanğını söndürdüyü, lakin skuterin istifadəyə yararsız hala düşdüyü də verilən məlumatlar arasındadır. Yanğının səbəbi hələ dəqiq bilinmir. Rəsmi şəxslərin hadisə ilə bağlı geniş araşdırma apardığı, hadisə şahidlərinin isə skuterin modifikasiya olunmuş ola biləcəyi barədə ifadə verdiyi, lakin bunun hələ təsdiq edilmədiyi bildirilir. Hal-hazırda məlum olan tək şey sürücünün bu hadisədən ciddi zərər görmədən xilas olmasıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər