main-post-cover

    Elektrikli Range Rover səhra testlərindən keçib

    Nəqliyyat
    02.12.2024
    Emil Nəcəfov
         Britaniyanın avtomobil istehsalçısı olan Land Rover-in Range Rover avtomobilinin elektriklə çalışan prototipi Birləşmiş Ərəb Əmirliklərinin temperaturu 50 dərəcə Selsiyə, rütubəti isə 90%-ə kimi yüksələn ekstremal şərtləri altındakı testlərdən uğurla keçib. Range Rover Electric-in əsas üstünlükləri arasında mühərrikin fırlanma anının intellektual idarəsi sistemi və termo tənzimləmə olub. Bu elektromobil ən qəliz şərtlər altında belə stabil çalışmanı dəstəkləyə bilir. Bura həmçinin yumşaq torpaq üzərində hərəkət zamanı mühərrik gücünün idarəsi də daxildir.
         Bu texnologiya elektromobilə səhradakı yüksəklikləri qətt etməyə imkan verir və bu halda belə idarəolunan mühərrik gücünün təmini qorunub saxlanılır. Bununla yanaşı elektromobil salonunda və batareyadakı temperaturun daha effektiv tənzimlənməsinə istiqamətlənmiş istilik idarəsi sistemini də qeyd etmək lazımdır. Aparılmış testlərdə Range Rover-in elektrikli versiyası yüksək nəticələr sərgiləyərək benzinlə çalışan avtomobillərin səhradakı test nəticələrini geridə qoyub. Şirkət bu elektromobili ABŞ, Avropa və Asiya kimi əsas bazarlarda mərhələli şəkildə satışa çıxartmağı planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər