
Elektromobillərin xidmət müddəti adi avtomobilləri üstələyib
Nəqliyyat
05.02.2025
Emil
Böyük Britaniyada alimlər avtomobillərin illər ərzində toplanmış yüz milyonlarla texniki baxış məlumatlarına əsaslanaraq belə bir nəticəyə gəliblər ki, elektromobillərin xidmət müddəti artıq daxili yanma mühərrikli avtomobillərlə bərabərləşib və hətta onları üstələyib. Bu dönüş nöqtəsi elektromobillərin istismarını hər cəhətdən, xüsusilə də karbon emissiyasız iqtisadiyyata keçid baxımından daha sərfəli edir. "Avropa daha çox bərpa olunan enerji mənbələrinə keçdikcə, batareyalarla çalışan elektromobillər əhəmiyyətli ekoloji üstünlüklər təmin edirlər. İstehsal zamanı ilkin karbon emissiyalarının daha yüksək olmasına baxmayaraq, uzunömürlü bir elektromobil tez bir zamanda öz karbon izini kompensasiya edə və iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verə bilər. Bu da onu uzunmüddətli perspektivdə daha dayanıqlı bir seçim halına gətirir" - deyə Birmingem Universitetinin iqtisadiyyat professoru və tədqiqatın həmmüəllifi Robert Elliott bildirib.

Bu araşdırma Nature Energy jurnalında dərc edilib və sərbəst şəkildə öyrənilməsi üçün açıqdır. Araşdırma Böyük Britaniyada 2005-2022-ci illər arasında avtomobillərin texniki baxışına dair 300 milyondan çox qeydiyyat məlumatına əsaslanır. Burada yalnız avtomobil markaları deyil, həm də illər ərzində müxtəlif komponent və aqreqatların vəziyyəti araşdırılıb. İlkin batareyalı elektromobillər daxili yanma mühərrikli avtomobillər qədər etibarlı deyildi, lakin bu vəziyyət tez dəyişdi. Sürətli texnoloji inkişaf yeni nəsil elektromobillərin xidmət müddətini benzin və dizellə çalışan avtomobillərlə müqayisə edilə bilən səviyyəyə çatdırdı.
Xüsusilə, elektromobillər etibarlılıq səviyyəsini hər il artıraraq nasazlıq ehtimalını 12% azaltdı. Müqayisə üçün, benzinlə çalışan avtomobillərdə bu göstərici 6.7%, dizel avtomobillərdə isə cəmi 1.9% idi. Tədqiqatçılar hesablayıblar ki, müasir elektromobillərin xidmət müddəti artıq 18.4 il təşkil edir, onların yürüş məsafəsi isə 200 000 km-ə çata bilər ki, bu da ənənəvi benzin mühərrikli avtomobillərin göstəricilərindən daha yüksəkdir. Araşdırmanın müəllifləri Tesla markasını uzunmüddətli istismar baxımından ən səmərəli elektromobil adlandırıblar.

Benzin mühərrikli avtomobillər arasında Audi ən uzunömürlü marka seçilib, dizel mühərrikli avtomobillər kateqoriyasında isə lider Skoda olub. Tədqiqatçılar vurğulayıblar ki, araşdırma aparılarkən heç bir maraq toqquşması olmayıb. "Nəticələrimiz istehlakçılara nəqliyyat vasitəsi alarkən əsaslandırılmış qərarlar qəbul etmək üçün etibarlı məlumatlar təqdim edir. Eyni zamanda, siyasətçilər bu məlumatları uzunömürlü və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin tətbiqini təşviq edən qaydalar və stimullar formalaşdırmaq, eləcə də onların istismar müddətinin sonunda emalını əvvəlcədən planlaşdırmaq üçün istifadə edə bilərlər" – deyə alimlər qeyd ediblər.
Mənbə: Nature
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Elektrikli avtomobillərin yürüş məsafəsini 10% artıran inqilabi bir texnologiya inkişaf etdirilib!
Cənubi Koreyalı bir şirkət, elektrikli avtomobillərin yürüş məsafəsini 10% artıran inqilabi elektrik enerjisinin təkrar emalı sistemi hazırlayıb.

Nəqliyyat
2 ilə elektromobillərin qiymətləri benzinlə çalışan avtomobillərin qiymətləri ilə eyni səviyyədə ola bilər
Goldman Sachs Research şirkətinin aparmış olduğu araşdırmaya əsasən elektromobillər üçün nəzərdə tutulmuş batareyaların qiymətləri artıq 2026-cı ilə qədər dünya bazarında hal-hazırki qiymətlərdən iki dəfə aşağı düşə bilər.

Nəqliyyat
Çin istehsalı elektromobillərin nəyə görə belə ucuz satıldıqları məlum olub
Yaponiyanın Çubu adlı mərkəzi regionunda Çin istehsalı avtomobillərin qeyri-adi sərgisi fəaliyyətə başlayıb. Keçirilən sərginin qeyri-adi tərəfi isə ondadır ki, sərgidəki Çin istehsalı avtomobillər hər bir vintə kimi hissələrə ayrılmış şəkildə təqdim olunub.

Elm & Texnologiya
LG şirkəti, elektrikli avtomobillərin batareyalarındakı yanma problemini həll edən bir material hazırlayıb!
LG Chem, batareyalardakı istilik sızmasının qarşısını ala bilən yeni bir material hazırladığını elan edib. Batareyalardakı istilik sızmasının qarşısını almaq təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir

Elm & Texnologiya
Dünyanın ən sürətli şarj olan elektrikli avtomobil batareyası təqdim edilib!
Çin avtomobil sənayesi dünyanın ən sürətli şarj olan elektrikli avtomobil batareyasını təqdim edib. CATL və SAIC-GM-in birgə əməkdaşlığı ilə hazırlanmış bu batareya, 6C-lik effektiv şarj olma sürəti təklif edir.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
