Ər-Riyadda baş tutacaq sərgidə turistlərin minlərlə dron vasitəsilə daşınması nəzərdə tutulub
Nəqliyyat
17.07.2024
Emil Nəcəfov
Avstraliyanın FlyNow adlı startapı Səudiyyə Ərəbistanında baş ofisin və istehsal müəssisinin yaradıldığını elan edib. Məqsəd isə 2030-cu ildə Səudiyyə Ərəbistanı paytaxtı olan Ər-Riyadda baş tutacaq Ümumdünya sərgi üçün minlərlə dronun istehsal edilməsidir. Lakin söhbət, adi dronlardan getmir. Söhbət, insanların daşınması üçün nəzərdə tutulmuş dronlardan gedir. Məlumata əsasən şirkət bir və iki nəfər sərnişin üçün nəzərdə tutulmuş 1000 ədəd dron istehsal etməyi planlaşdırır.
Görünür, Səudiyyə Ərəbistanı qeyri-adi maraqlı layihələr mövzusunda Dubayı geridə qoymağı hədəfləyib. Turistlərə xidmət göstərəcək və üstəlik avtonom çalışma rejiminə sahib olacaq minlərlə dron isə diqqəti cəlb edir. FlyNow eCopter adlı elektrikli dron iki vintli konstruksiyaya sahibdir. Bu isə öz növbəsində onun arxa hissəsinə əlavə vintin quraşdırılması zərurətini aradan qaldırır. Dron xarici görünüşcə kiçik ölçülü elektrikli vertolyotu xatırladır.
Məlumata əsasən sözügedən dronlar bir dəfə şarj olunandan sonra 50 km məsafə qətt edə biləcəklər. Onların maksimal sürətləri isə saatda 130 km təşkil edəcək. Bu dronlar 200 kq ağırlığa kimi yükü daşıma potensialına sahibdirlər. Onların pərlərinin 150 metr hündürlükdə səsləri isə 55 dB-i (desibel) keçməməlidir. Şirkət real uçuş testləri üçün dronun final versiyasına hələ sahib deyil. Onda yalnız kiçik ölçülü prototip və 6 il müddət zamanı var. Bu iki faktoru nəzərə alsaq, 2030-cu ildə Ümumdünya sərgidə bu dronların həqiqətən də xidmət göstərəcəkləri ehtimalı bir qədər şübhə altına düşür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da çat siyahılarının yaradılması funksiyası istifadəyə verilib
Dünyanın ən təhlükəli sosial media platforması açıqlanıb!