Logo
    main-post-cover

    Ford elektrikli avtomobillər arasında rekord qırdı

        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Ford elektrikli performans sahəsində növbəti rekorda imza atıb. Şirkətin yarış bölməsi tərəfindən hazırlanan Mustang Cobra Jet 2200 modeli 1/4 mil məsafəni cəmi 6.87 saniyəyə qət edərək elektrikli avtomobillər arasında yeni dünya rekordu müəyyən edib.
        Hadisə ABŞ-də keçirilən NHRA drag racing event çərçivəsində baş verib. 2,200 at gücünə malik bu güclü elektromobil finiş xəttini təxminən 222 km/saat (221 mph) sürətlə keçərək əvvəlki rekordları geridə qoyub. Bununla da model, ötən il eyni seriyadan olan Cobra Jet 1800 tərəfindən qoyulan 7.62 saniyəlik nəticəni 0.75 saniyə yaxşılaşdırıb.
    Ford Mustang Cobra Jet 2200 Debuts as 2,200-HP Electric Drag Car
        Yeni Mustang Cobra Jet 2200-də əvvəlki modellərdən fərqli olaraq daha effektiv və sadələşdirilmiş texnologiya istifadə olunub. Avtomobil iki elektrik mühərriki və iki inverter ilə təchiz edilib ki, bu da sistemin effektivliyini 98 %-ə qədər artırıb. Ümumi güc 600 at gücü artaraq 2,200 at gücünə çatıb, eyni zamanda komponentlərin çəkisi yarıbayarı azaldılıb.
        Model 900 voltluq elektrik arxitekturası və 32 kWh batareya ilə işləyir. Batareya cəmi 20 dəqiqəyə doldurula bilir ki, bu da yarışlar arasındakı fasilə üçün kifayət edir. Avtomobildə həmçinin sürətli start üçün xüsusi mufta sistemi və performansı optimallaşdıran çoxpilləli transmissiya mövcuddur. Bundan əlavə, təhlükəsizlik baxımından avtomobil yüksək gərginliyi dərhal kəsmək üçün pirotexniki açar sistemi ilə təchiz olunub. Bu texnologiya yarış standartlarına uyğun olaraq əlavə qoruma təmin edir.
        Ekspertlər hesab edir ki, bu cür yüksək effektiv mühərriklər və 900V sistemlər gələcəkdə istehlakçı elektromobillərinə də tətbiq oluna bilər. Lakin qeyd olunur ki, son dövrlərdə ABŞ avtomobil istehsalçıları elektrikli nəqliyyat vasitələrinə investisiyaları müəyyən qədər azaltmağa başlayıblar.
     
    Paylaş