Logo
    main-post-cover

    Google Maps iOS-da yeni funksiyanı işə saldı

        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Google Maps iOS üçün faydalı bir yenilik təqdim edib. Artıq tətbiq avtomobilinizi harada park etdiyinizi avtomatik olaraq xatırlayır və sizi vaxt itkisindən xilas edir.
    Driving avatar
        Bu funksiya Google Maps-in məhsul meneceri Rio Akasaka tərəfindən elan olunub və ilkin olaraq MacRumors tərəfindən bildirilib. İstifadəsi isə çox sadədir: iPhone-dakı Google Maps tətbiqini avtomobilinizə CarPlay, Bluetooth və ya USB vasitəsilə qoşursunuz. Sürmə prosesi bitdikdən sonra tətbiq avtomatik olaraq xəritədə “You parked here” yazısı ilə park etdiyiniz nöqtəyə pin yerləşdirir. Sürməyə davam etdiyiniz an həmin pin xəritədən silinir.
        Bu yenilik əvvəlki “Save where you parked” funksiyasının avtomatlaşdırılmış formasıdır və hələ də tətbiqdə mövcuddur. Google Maps həmçinin parkinq tapmağa kömək edən digər alətləri də saxlayır. Təxminən bir ay əvvəl əlavə edilən bu funksiyaya ötən həftə vizual yenilik də gəlib. Əgər Google Maps-də nəqliyyat vasitəsi üçün fərdi ikon seçmisinizsə, park yerinizdə standart “P” əvəzinə məhz həmin ikon görünəcək.
     
    Paylaş